BMT-nin Qəzzadakı ofisi vuruldu: Çox sayda ölü var

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza zolağında yerləşən nümayəndəlik binası bombalanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) məlumat yayıb. 

Nəticədə çox sayda ölü və yaralının olduğu bildirilir.

UNDP-nin açıqlamasında qeyd olunur ki, noyabrın 6-da çox sayda insan sığınacaq üçün sözügedən ofisə müraciət edib. O zamandan bu yana nümayəndəliyə sığınan insanların sayı artıb.

Açıqlama BMT ofislərinin toxunulmazlığına hər zaman hörmət edilməli olduğu vurğulanıb. Yaşananlar faciə adlandırılıb və qəbuledilməz olduğu qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az