BMT-nin qərarı İrəvanı qarışdırdı: Paşinyan əleyhinə mitinqlər başlayır

Avqustun 16-sı BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi iclasda İrəvanın uğursuz nəticə əldə etməsi Ermənistan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, vətəndaşlar, siyasi partiya nümayəndələri və politoloqlar baş verənlərdə Nikol Paşinyanı günahlandırırlar.

İclasda İrəvanın məqsədinə nail olmaması, heç bir sənədin qəbul edilməməsi Paşinyana qarşı “istefa” çağırışlarını yenidən gündəmə gətirib.

İclasdan dərhal sonra avqustun 17-si axşam saat 7-də İrəvanın mərkəzi hissəsi sayılan Azadlıq meydanında Nikol Paşinyan hakimiyyətinin devrilməsi üçün aksiyanın keçirilməsi planlaşdırılıb. Artıq telegram kanalları, onlayn platformalar vasitəsilə sözügedən saatda meydanda toplanmaqla bağlı çağırışlar edilir. Ermənilər yeganə yolun Paşinyanın hakimiyyətdən göndərilməsi olduğunu və başqa çarənin qalmadığını bildirilər.

Ayşən Mustafa
Globalinfo.az