quterres 12

“Biz insan hüquqları, sülhün və davamlı inkişafın təmini baxımından bütün dünyada təhlükə ilə qarşı-qarşıyayıq”.

Globalinfo.az bildirir ki, APA-nın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 77-ci sessiyasının açılışında bildirib.

“Münaqişə, iqlim dəyişikliyi, çökən maliyyə sistemi, yoxsulluq, qeyri-bərabərlik, aclıq və nifrət kimi məsələlərin öhdəsindən gəlmək üçün əbədi həmrəylik zəruridir”, deyə baş katib bildirib.

Gələn bazar ertəsindən etibarən dövlət və hökumət başçıları sessiyada çıxış edə biləcək. Britaniya kraliçası 2-ci Elizabetin vəfatı sessiyanın gündəliyinə ciddi təsir etməyib.

Bazar ertəsi günü 90 dövlət və hökumət başçısının iştirakı ilə təhsil zirvəsi keçiriləcək. Baş katib isə sessiyaya görə kraliçanın dəfnində iştirak edə bilməyəcək.

Paylaş: