BMT-nin Baş katibi açıqlamalar verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş taxıl sazişinin təkrarlanmasının lazımsız olduğunu bildirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Quterreş bu gün mətbuata verdiyi açıqlamada məlumat verib.

“Mən taxıl sazişinin təkrarlanmasının heç bir mənası olduğunu düşünmürəm” deyib. Quterreşin sözlərinə görə, Qara dənizdə sərbəst hərəkət üçün şərait yaradılmalıdır.

“İsrail beynəlxalq hüquqa hörmət etməlidir”.

“Heç bir şey Qəzzadan raket atmağa və ya dinc əhalidən canlı qalxan kimi istifadə etməyə haqq qazandıra bilməz. HƏMAS-ın hücumu Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”.

“İsrail Qəzzada ticarət fəaliyyəti ilə bağlı məhdudiyyətləri aradan qaldırmalıdır. Əsas

problem İsrailin bu hücumu davam etdirməsi və Qəzzada humanitar yardımın paylanmasına böyük maneələr yaratmasıdır”.

Yardımın effektiv şəkildə təmin edilməsi üçün təhlükəsizlik, logistik imkanlar və kommersiya fəaliyyətinin canlanması lazımlılığını diqqətə çatdırıb.

“Bütün Qəzzada yalnız bir çörək zavodu işləyir”.

Baş katib qeyd edib ki, dünya ictimaiyyəti sülhə, dinc əhalinin qorunmasına və onların iztirablarına son qoyulmasına, iki dövləti həll yolunu tapmağa təşviq etmək üçün vahid mövqedən çıxış etməlidir.