BMT missiyası növbəti dəfə Qarabağa gəldi

BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.