BMT İranın mərhum prezidentinin xatirəsini belə andı – VİDEO

BMT Təhlükəsizlik Şurası helikopter qəzası nəticəsində həlak olan İranın prezidenti və xarici işlər nazirinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Təhlükəsizlik Şurası İran xalqına və hökumətinə başsağlığı verib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sədri Rusiya, Çin və Əlcəzairin tələbi ilə bu addımı atıb.

Bu aradan NATO rəhbərliyi də prezident Rəisinin, xarici işlər naziri Əmir Abdullahianın və digərlərinin helikopter qəzasında həlak olması ilə əlaqədar İran xalqına başsağlığı verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az