BMT-dən İsrailə ağır ittiham – BƏYANAT

“İsrailin Rəfaha zərbə endirməsi barbarlıqdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda deyilir.

Xüsusi məruzəçilər Rəfahdakı köçkünlər üçün nəzərdə tutulan düşərgələrə edilən hücumlarla bağlı müstəqil beynəlxalq araşdırma aparılmasını tələb edirlər.

“İsrailin Rəfahda qaçqınlara qarşı hücumları vəhşilikdir və beynəlxalq hüquq pozuntusudur. Ona görə də İsrailə qarşı sanksiyalar tətbiq edilməlidir”, – bəyanatda vurğulanır.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi isə hücumu dəhşətli hadisə kimi xarakterizə edib.

“Bu vəhşi hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən hücumdur. İsrailə silah axını dərhal dayandırılmalıdır. Aydındır ki, bu silahlar mülki insanları vəhşicəsinə öldürmək və şikəst etmək üçün istifadə olunur”, – deyə bəyanatda bildiriril.

Qeyd edək ki, sənədi BMT-nin 50-dən çox xüsusi məruzəçisi və müstəqil eksperti imzalayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az