BMT-dən İran konsulluğuna hücumla bağlı AÇIQLAMA

BMT-nin Baş katibi İsrailin Suriyadakı İran konsulluğuna hücumunu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Qutereşin sözçüsü Stefan Dujarrik bildirib.

“BMT Baş katibi baş verənləri pisləyir. BMT rəhbəri beynəlxalq hüquqa uyğun olaraq diplomatik nümayəndəliklərin və konsulluq binalarının toxunulmazlığı prinsipinə hörmət edilməli olduğunu bəyan edir. Hər hansısa səhv hesablama gərgin olan bölgədə daha geniş münaqişəyə, Suriyada, Livanda və bütün Yaxın Şərqdə mülki insanlar üçün dağıdıcı nəticələrə səbəb ola bilər”, – bəyanatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az