“Geosiyasi gərginliklərin və münaqişələrin dünya liderlərinin gündəmini zəbt etdiyi bir dövrdə Ümumdünya Şəhərsalma Forumu (WUF) dayanıqlı urbanizasiya ilə insan məskunlaşmaları sahəsində əsas qlobal platforma olduğunu bir daha nümayiş etdirdi”.
Globalinfo.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed WUF13-ün rəsmi bağlanışına həsr olunmuş mətbuat konfransında deyib.
O, WUF13-ün uğurla təşkilinə görə Azərbaycana, UN-Habitat-a və bütün tərəfdaşlara təşəkkür edib.
Amina Mohammed bildirib ki, forum hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaları, gəncləri, qadın təşkilatlarını, akademik dairələri və BMT sistemini ortaq urban gələcək ətrafında bir araya gətirib:
“Bakıda aparılan müzakirələr bir mühüm reallığı yenidən ortaya qoydu. Mənzil məsələsi qlobal gündəliyin əsas mövzularından biri idi və bu sahədə yerli səviyyədə konkret fəaliyyət tələb olunur”.
Ləman İmran
Globalinfo.az