“Bloomberg”: “Husilər ABŞ-la uzunmüddətli müharibəyə hazırlaşır”

“Husilər Qırmızı dənizdə ABŞ-la uzunmüddətli qarşıdurmaya hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb.

İddiaya görə, Husilər Qırmızı dənizdə ABŞ gəmilərinə hücumları davam etdirmək üçün öz hərbi və müdafiə imkanlarını gücləndirir. Onlar daha səmərəli raket atəşi üçün dağ sığınacaqlarının gücləndirilməsinə və su hövzələrində pilotsuz gəmilərin sınaqdan keçirilməsinə çalışırlar.

“Bloomberg” həmçinin bildirir ki, Yəmənlə həmsərhəd olan Səudiyyə Ərəbistanı Husilərin Qırmızı dənizdə sualtı internet kabelləri şəbəkəsinə zərər verəcəyindən narahatdır.

Əliyar Xəlil
Globalinfo.az