Blogerlərə üzücü xəbər – qanun dəyişdi

AQAG5pudYqtqQ0kPIaW6VyESzJwbSfKxwu2mhOCHGD VYmX6F9DXAyAXqIYpQo jNzUbiaiA 6Ntuwunr4tOXChAcL4

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Globalinfo.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.

O bildirib ki, bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir:

“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”.