Səfirlik teraktından sonra ABŞ-dən Bakıya şok dəstək: İran və Rusiyanın…

 

Moskva və Tehranın Cənubi Qafqazda aktivliyi narahatlıq yaradır.

Globalinfo.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzər müavini Karen Donfrid deyib. Onun sözlərinə görə, Qarabağda dislokasiya edilmiş rusiyalı sülhməramlılar heç bir konstruktiv rol oynamırlar. O həmçinin İranın Qafqazda özünün siyasi, hərbi və iqtisadi rolunu genişləndirməyə cəhd edir.

Karen Donfrid

Donfrid bu təhlükənin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra daha da güclənib. Diplomat Rusiya və İranın bu aktivliyi Ermənistan-Azərbaycan sülh prosesinə daha böyük aktuallığın verilməsi gərəkdiyini göstərir.

Qeyd edək ki, səfirlik teraktından sonra ABŞ-nin Rusiya və İranı birbaşa hədəf alan belə açıqlama verməsi xüsusilə diqqət çəkir. Üstəlik, bu açıqlamanın dövlət katibi Entoni Blinkenin Azərbaycan dövlət başçısına zəngindən bir müddət sonra verilməsi, Vaşinqtonda artıq bölgədə böyük dəyişiklikləri görməyi arzuladığını göstərir. Digər tərəfdən Tehran və Moskvanın hədəf alınması isə artıq ABŞ-da Bakının Qafqazda dəstəklənəcək əsas güc olacağına dair bir sıra amerikalı ekspertlər tərəfindən verilən proqnozların doğrulduğunu deməyə əsas verir.

Gülnar

Globalinfo.az