Blinkendən Ukrayna açıqlaması: “NATO-ya üzvlük…”

6a810536 68d4 3ae3 8f76 db7cfaf64483 850

Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər.

Globalinfo.az  TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.

“NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik”, – Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə Amerika silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.

İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun sənədində Ukraynanın alyansa doğru sürətlə irəlilədiyi qeyd olunub.