Blinken Netanyahu ilə görüşdü – YENİLƏNİB

ABŞ dövlət katibi Entoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken hazırda Tel-Əvivdəki Kirya hərbi qərargahında Baş nazir Benyamin Netanyahu ilə görüşdədir.

Bildirilib ki, təkbətək görüşdən sonra geniş tərkibli görüş keçiriləcək.

Qeyd edək ki, görüş ABŞ dövlət katibinin İsrailə səfəri çərçivəsində baş tutub.

***12:07

ABŞ dövlət katibi Entoni Blinken bu gün səhər növbəti dəfə İsrailə səfərə gedib.

Globalinfo.az xəbər verir ki, Vaşinqtonun baş diplomatı İsrail Baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşlər keçirəcək.

Məlumata görə, Blinken Təl Əvivə ABŞ-ın İsrailə yeni təsdiqlədiyi səfiri Cək Liu (Jack Lew) ilə birlikdə gedib.