Blinken İlham Əliyevdən bunu xahiş etdi

ABŞ Dövlət katibi Antonu Blinken telefon danışığı zamanı münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini Prezident İlham Əliyevdən xahiş edib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.