Bjezinskinin illər əvvəl Putin və Rusiya haqda dedikləri gerçəkləşir – SENSASİON MƏQALƏ

Ukrayna müharibəsi ilə bağlı əminliklə deyə biləcəyimiz yeganə şey döyüş fəaliyyətləri və dağıntıların davam edəcəyidir.

Globalinfo.az xəbər verir ki, bu sözlər ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays və keçmiş müdafiə naziri Robert Qeytsin “Vaşinqton Post”dakı məqaləsində yer alıb.

“Vladimir Putin əvvəlki kimi bütün Ukraynanı Rusiyanın nəzarətinə qaytarmağa və ya bu alınmasa, onu həyati əhəmiyyətli ölkə olaraq məhv etməyə çalışır. Putin hesab edir ki, onun tarixi taleyi Rusiya imperiyasını bərpa etməkdir. Ona görə də illər öncə Zbiqnev Bjezinski bunu görərək, “Ukraynasız Rusiya imperiyası mövcud deyil” deyə yazırdı. Biz hər ikimiz Putinlə əlaqədə olmuşuq və əminik ki, o, zamanın onun tərəfində olduğunu düşünür və hesab edir ki, ABŞ və Avropanın Ukraynaya dəstək məsələsində birliyi yekunda dağılacaq. Sözsüz ki, Rusiya iqtisadiyyatı və insanları əziyyət çəkəcəklər, amma ruslar bundan daha pis zamanlar yaşayıblar.

Putin üçün məğlubiyyət variant deyil. O, Rusiyanın ərazisi elan etdiyi Ukraynanın dörd şərq vilayətini güzəştə gedə bilər. Əgər cari ildə hərbi nailiyyət əldə edə bilməsə, gərək şərqdəki və cənubdakı mövqeləri nəzarətdə saxlasın ki, ondan da gələcəkdə hücumların yenilənməsi üçün plasdarm kimi istifadə etsin. Bununla da Ukraynanın yerdə qalan Qara dəniz hövzəsi ələ keçirilməli, bütün Donbas regionu nəzarətə alınmalı, sonra isə Qərbə hərəkət edilməlidir”, – məqalədə qeyd edilib.

Hər iki siyasətçi Qərbin Ukraynanı ən müasir silahlar, xüsusilə daha böyük mənzilli raketlərlə təmin etməli olduğunu vurğulayıblar.

Aqşin
Globalinfo.az