“Bizi Ukraynaya çevirmək istəyirlər” – Kobaxidze

“Parlamentdə qəbul olunan və Qərb dünyasının bu qədər diqqətini çəkən qanun layihəsi əslində Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılması üçün bir bəhanədir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir Qərbin artıq iki ildir Tbilisini Moskvaya qarşı qoymaq istədiyini bildirib:

“2022-ci ilin əvvəlindən Gürcüstanda Rusiyanın mövqelərini zəiflədəcək, lakin öz ölkəmizi də məhv edəcək “ikinci cəbhə”nin açılmasına ciddi maraq var. Bu maraq indi də qalır. Bəzi qüvvələr sadəcə Rusiyanın zəifləməsi üçün çalışırlar, Gürcüstanın aqibəti onlara maraqlı deyil. Ölkədə hazırkı hakimiyyət istefa verib geri çəkilə bilər. Lakin bu halda rəhbərlik 2012-ci ilə qədər fəaliyyət göstərmiş əvvəlki hakim qüvvələrin əlinə keçəcək. Nəticədə isə gürcüstan “Ukraynalaşacaq”, burada Rusiyaya qarşı “ikinci cəbhə” açıqlacaq”.

Ayşən Mustafa
Globalinfo.az