2020-ci il müharibəsində buna görə uduzduq – Cahangiryan

“Siz unudursunuz ki, biz müharibəni uduzmuşuq, Ermənistan Silahlı Qüvvələrinin məğlub olması bir faktdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikası Baş prokurorunun keçmiş müavini Qaqik Cahangiryan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti 30 il yalan vədlərə aldanıb:

“Biz məğlub olduq və bəzi əraziləri itirdik. Bəs bu məğlubiyyətin səbəbi nə idi? Çünki 30 il ərzində ordumuza lazımi qədər sərmayə qoymadıq, müasir silahlarla təchiz etmədik. Elə düşünürdük ki, Azərbaycan onsuz da müharibəyə başlamayacaq. Nə isə baş verəcəyi zaman da kimsə bizi qoruyacaq. Lakin daha sonra məlum oldu ki, bizə verilən bütün zəmanətlər yalandır”.

Əliyar Xəlil
Globalinfo.az