Tək qalmışıq, onlar qəzəbləniblər – Tevanyan

“Hazırkı vəziyyətdə Ermənistan hakimiyyətinin strateji addımlar atmaq əvəzinə heç bir stimul verməyəcək amerikan-erməni təlimlərini keçirməsi simvolikdir”.

Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” alyansının sədri, erməni ekspert Andranik Tevanyan deyib.

“Əslində, bu bizim tək qaldığımızın göstəcisidir. Aİ-nin Ermənistandakı missiyası istənilən nəticəni vermədiyi kimi, bu təlimlər də heç nəyə təsir etməyəcək. Lakin İran və Rusiya ilə aramızda gərginlik yarada bilər. Ermənistan bu iki ölkənin yürütdüyü siyasət nəticəsində varlığını qoruya bilib”, – Tevanyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az