Biz Qarabağ hərəkatını davam etdirmirik – Paşinyan

pasinyan yeni 91

“Biz Qarabağ hərəkatını davam etdirmirik, fərqli yolla gedirik”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar:

“Hazırda demarkasiya prosesi aparılır. Sərhədin demarkasiyası qaydaları artıq hər iki ölkədə ratifikasiya olunmuş sənədlərdə öz əksini tapıb. Almatı Bəyannaməsi əsas prinsip kimi götürülüb. Bu kontekstdə Qarabağ hərəkatını davam etdirmədiyimizi, başqa yolla getdiyimizi deyirik. Bu hərəkat erməni dövlətinin formalaşmasına mane oldu.

Yəni sərhəd hadisələri ilə bağlı yanaşma da dəyişməlidir. Biz Azərbaycana sadəcə açıq şəkildə deyil, diplomatik kanallar vasitəsi ilə də müzakirələrə başlamağı təklif etmişik”.

Əliyar Xəlil
Globalinfo.az