“Biz Laçına qayıtmışıq” – Prezidentdən qələbə tvitti

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsində məlumat paylaşıb.