“Biz cəhd etdik” – Kuleba müharibədən danışdı

“Putin nə dondurulmuş münaqişə, nə də sülh istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, dondurulmuş münaqişə variantını təklif edənlər Ukraynanın maraqlarına uyğun davrandıqlarını vurğulayırlar. Amma əslində onlar Putinə kömək edirlər.

Kuleba qeyd edib ki, 2014-2022-ci illər ərzində, yəni Ukrayna münaqişəsi faktiki olaraq dondurulduğu vaxtlarda Rusiya ilə təxminən 200-dən çox danışıqlar aparılıb:

“Biz cəhd göstərdik. Təxminən 20 dəfə atəşkəs elan etdik. Lakin sonsuz danışıqlar Putinin genişmiqyaslı hərbi əməliyyatlara başlaması və ərazilərimizi işğal etməsi ilə başa çatdı. Odur ki, Ukrayna qalib gəlməli, Rusiya isə məğlub olmalıdır. Yəni bütün siyasi düşüncə bu məqsədə çatmaq üçün yönəlməlidir”, – Kuleba fikirlərini tamamlayıb.

Əliyar Xəlil,
Globalinfo.az