Biz bu qarşıdurmada qalib gəldik – Şahbaz Şərif

681fa0405b812681fa0405b8131746903104681fa0405b810681fa0405b811

Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciət edərək Hindistanla yaşanan son qarşıdurma barədə danışıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Baş nazir müraciətində Hindistanın təcavüzünə layiqli cavab verildiyini, düşmənə məxsus hərbi bazaların və təyyarələrin vurulduğunu bildirib.

“Hərbçilərimiz Hindistanın aqressiyasına yüksək peşəkarlıqla cavab verərək onu danışıqlar masasına oturmağa məcbur etdi. Biz bu qarşıdurmada qalib gəldik” – Şahbaz Şərif vurğulayıb.