mehriban eliyeva 11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 95 illik yubileyi münasibətilə “Instagram”da paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

320726919 686677449498641 9028359409484576187 n 1671607134

Paylaş: