Bir zamanların gözəllik kraliçasından üzücü xəbər – FOTOLAR

Bir zamanlar “Yeşilçam”da iz qoyan, ən parlaq ulduzlardan biri,  “Miss Leg” , “Ən gözəl ayaqlı qadın” ləqəbi ilə tanınan Serpil Örümcer indi çətin vəziyyətdə yaşayır.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, o kommunal xərclərini ödəmək və evinə ərzaq almaq üçün gənclik illərində çəkilmiş fotolarını sosial şəbəkələr vasitəsilə satışa çıxarıb.

İlk dəfə 1967-ci ildə “Milliyyət” qəzetinin təşkil etdiyi gözəllik yarışmasında adından söz etdirən Serpil Örümcer daha sonra “Samanyolu” mahnısı ilə tanınan müğənni Berkantla ailə həyatı qurub. Sonralar ərindən boşanıb kasıblayan, çətin vəziyyətə düşən ulduz hətta bazarda satıcı kimi işləyib.

Yaşı ilə əlaqədar səhhətində də problemlər olan məşhur sənətçi indi köhnə fotolarını 200 lirəyə (12 manata) satmağa başlayıb.

Sosial media hesabında pərəstişkarlarına və dostlarına müraciət edən Örümcer, “Mən 70-ci illərin sənətçisi Serpil Örümcerəm. Bu şəkilləri xeyriyyə məqsədi ilə 200 lirəyə satıram, işıq, su, təbii qaz pulumu ödəmək istəyirəm. Mənə kömək etsəniz, sizə öz imzalı fotoşəkillərimi göndərmək istərdim” deyə bildirib.