metbuat

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə media, dövlət və ictimaiyyət nümayəndələrinin iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 İyul – Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Daha sonra bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medallarının təqdim ediləcəyi barədə məlumat verilib.

Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.

***19:17

Bir sıra media nümayəndələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər.

Globalinfo.az xəbər verir ki, yubiley tədbirində medala layiq görülən bəzi media nümayəndələrinin adları məlum olub.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 150 illik medal media nümayəndələrinin hamısı üçün nəzərdə tutulub və onlara təqdim ediləcək.

Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Rəhilə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.

***19:02

Medianın İnkişafı Agentliyi tərəfindən iyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.

Globalinfo.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

IMG 20250722 WA0077

175320320937868185 1200x630 17532032091077610181 1200x630 17532032091350033328 1200x630 1753203209159434457 1200x630 17532032092438255072 1200x630 1753203209518446764 1200x630 1753203209535620362 1200x630 17532032096084328067 1200x630 1753203209631656503 1200x630 17532033081840248135 1200x630 17532036302126052434 1200x630 17532032095027835042 1200x630 17532032094961821160 1200x630

Paylaş: