Bir otaq, bir yataq və sonsuz “Apatiya”… – FOTO

 

Aktyor Hikmət Rəhimovun “Apatiya” filminin qala-gecəsi keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, yazıçı-şairlər və media nümayəndələri iştirak edib.

Nümayişdən əvvəl çıxış edən Hikmət Rəhimov filmin ərsəyə gəlmə prosesindən danışıb və sosial dram janrında çəkilmiş ekran işinin həm də güzgü rolunu oynadığını bildirib:

“Fikirlərin birmənalı olmamasına hazıram, çünki müəyyən açıq səhnələr var. Cəmiyyət olaraq buna hazırıqmı? Bilmirəm, amma dünya təcrübəsində bundan da açıq mövzuları filmə gətiriblər”.

H.Rəhimov filmdə həmçinin qızların erkən yaşda evləndirilməsinə də diqqət çəkdiyini vurğulayıb və onu narahat edən mövzulardan biri olduğunu deyib.

Qeyd edək ki, bir məkanda çəkilən ekran işində Tural Baxış, Azər Aydəmir, Şəhla Əliqızı, Məhəmməd Şahməmmədli, Fuad Cəbiyev və İlqarə Tosova kimi simalar rol alıblar.

Film bütün kinoteatrlarda nümayiş olunacaq.