Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.
Avtomobildə olan sərnişin – 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Qubanın Ağbil kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Ceyhun Yusifovun bu yaxınlarda toyu olubmuş.
Bu barədə Oxu.az məlumat əldə edib.