Bir ildə 358 nəfər bu səbəbdən həyatını itirib

Ötən il respublikada 649 piyada vurma hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, piyadavurma hadisələri zamanı 358 nəfər ölüb, 333 nəfər yaralanıb.

Bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.