Bir gündən ötrü bu riskə getmək olar – MSK sədri

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrində seçki günü yanğın kameralarının saxlanıb-saxlanmayacağının sual doğurduğunu bildirib.

Globalinfo.az bildirir ki, MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov bildirib ki, səsvermə günü seçki məntəqələrində ancaq MSK kameraları olmalıdır.

“Bəs sual olunur, yanğın baş verərsə, necə olacaq? Hesab edirəm ki, bir gündən ötrü belə riskə getmək olar. Çünki səsvermə cəmi bir gündür və kiçik bir otaqda keçirilir. Həmin hissədə ancaq MSK-nın veb-kameraları olmalıdır”, – M.Pənahov deyib.