Bir gündə iki deputat öldü – Rusiya Dövlət Dumasında nə baş verir?

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından olan deputatı, Nümayəndələr Palatasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

V. Vasilyev fraksiyanın bütün deputatları adından Y. Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Yaşarbek Uzdenov 2021-ci il sentyabrın 19-da Dövlət Dumasının deputatı olub. 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz – Qaraçay-Çərkəz Respublikası) seçilib.

Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. O, Lipetsk vilayətinin Lebedyanski şəhərindəki evində dünyasını dəyişib.