“Xərçəng xəstəliyi bir damla qanla belə müəyyənləşdirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rapid Novor” şirkətinin tədqiqatlarında qeyd olunub.
Vaterloo Universitetinin kompüter elmləri professoru Dr.Bin Ma araşdırma zamanı miyelom qan xərçənginə istinad edib:
“Bu, sümük iliyində böyüyən qan xərçəngi növüdür. Adətən, xəstəliyin diaqnozu və müalicəsi üçün insanlar çoxsaylı sümük iliyi biopsiyasından keçməlidirlər. Lakin bu prosedur ağrılı və invazivdir.
Həkim iliyi çıxarmaq üçün sümüyə qalın iynə vurmalı, ardınca onların içərisində xərçəng hüceyrələrinin olub-olmadığını yoxlanılmalıdır. Müalicədən sonra belə, mümkün residivi aşkar etmək üçün bu prosedur ildə bir və ya iki dəfə təkrarlanmalıdır”.
Professor bildirib ki, miyelom diaqnozu qoyulmuş insanların əksəriyyəti 65 yaşdan yuxarıdır:
“Bəzilərində hərəkətlilik problemləri və kövrək sümüklər ola bilər, bu da biopsiya prosedurunu daha da riskli edir. Bu çətinlikləri həll etmək üçün “Rapid Novor”, miyelom xəstəliyində M-zülalını izləmək üçün qandan götürülən, əməliyyatsız və yüksək həssaslıqlı “EasyM” adlı test hazırlayıb.
Burada həkim xəstədən qan alır, analiz üçün göndərir, “EasyM”dən istifadə edilərək laboratoriya nümunədə M-zülalı olub-olmadığını yoxlanılır və miqdarı ölçülür.
“EasyM” zülalın amin turşusu ardıcıllığını “de novo” adlı hesablama üsulu ilə təyin edir. M-zülal miyelom üçün əsas göstəricidir, amma digər zülallar ölçməni çətinləşdirir və həssaslığı azaldır.
M-zülal mieloma üçün klassik biomarkerdir. Lakin, qandakı digər zülalların müdaxiləsi səbəbindən mövcud M-zülal ölçmə metodunun həssaslığı çox aşağıdır. Amin turşusu ardıcıllığı M-zülalını qandakı digər oxşar, lakin normal zülallardan fərqləndirməyə kömək edə bilər”.
Dr.Bin Ma əlavə edib ki, hər bir xəstənin M-zülal ardıcıllığı unikaldır:
“Demək olar ki, barmaq izi kimidir, lakin miyelom diaqnozunu və monitorinqini asanlaşdırır. Həkim xərçəngin yaxşılaşıb-yaxşılaşmadığını görmək üçün xəstənin müxtəlif zaman nöqtələrindəki M-zülal miqdarını müqayisə edə bilər”.
Məlumata görə, “Rapid Novor” bu yaxınlarda Kanada Səhiyyə Nazirliyindən lisenziya alıb və bu, Ontariodakı klinikalara “EasyM”dən istifadə etməyə icazə verir.
Əliyar Xəlil
Globalinfo.az