Bir ay əvvəl itkin düşən kişinin meyiti Kür çayında tapıldı

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

APA-nın məlumatına görə, meyiti tapılan şəxs bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğludur.

Faktla bağlı araşdırma aparılır.