Binəli Yıldırıma ağır itki – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, İzmirdən olan deputat Binəli Yıldırımın anası Fahriye Yıldırım vəfat edib.

Globalinfo.az bildirir ki, bir çox nazir və siyasətçi sosial şəbəkədə paylaşım edərək keçmiş baş nazirə başsağlığı veriblər.

Fahriye Yıldırımın cənazəsi İstanbulun Çekmeköy rayonundakı Günyamaç Alp Kaya məscidindən dəfn üçün yola salınacaq.