df7079af4a90a3214257ae155a14da02 bine

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.

Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq elektrik dirəyi aşıb.

Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.

Paylaş: