Milli Məclisdə binalarla bağlı maraqlı TƏKLİF

“Gəncə seysmik ərazidə yerləşir. Ona görə də Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoloji tələbələr əsasında tikilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.

“Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”, – deyə deputat parlamentdə məsələ qaldırıb.