Binəli Yıldırım və Şamil Ayrım İstanbula aparıldı – YENİLƏNİB

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbula aparılıb.

Globalinfo.az bildirir ki, APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, onlar təyyarə ilə İstanbula aparılıblar.

***14:00

AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyə səfiri Cahit Bağçı tviterdə yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

“Cənab Prezident İlham Əliyev Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”.

Səfir hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdirilmişdilər.