Bill Qeyts Zukerberqlə görüşdü, ona bu sözü dedi – FOTOLAR

Amerikalı tanınmış biznesmen Bill Qeyts və “Meta” şirkətinin qurucusu Mark Zukerberq Hindistanda görüşüblər. 

Globalinfo.az xəbər verir ki, hər iki iş insanı Hindistanın ən varlı adamı Mukeş Ambaninin oğlunun  toyunda iştirak etmək üçün bu ölkəyə səfər ediblər.

Belə ki, milyarderlər M.Ambaninin oğlu Anant Ambani ilə Radhika Merçantın iyul ayında baş tutacaq toylarından öncə keçirilən şənlikdə bir araya gəlib.

B. Qeyts Zukerberqlə birgə fotosunu öz sosial media hesablarında paylaşaraq, – “sənin tədbirlərdə geyim seçimin hər zaman əla olub”, – qeyd edib. Sözügedən foto maraqla qarşılanıb.

Xatırladaq ki,  Anant Ambani ilə Radhika Merçantın toyu ilə bağlı 3 gün şənlik keçirilib. Şənlikdə bir çox hindiatnlı iş adamları, film ulduzları, o cümlədən dünyaca məşhur müğənni Rihanna, İvanka Tramp, Bill Qeyts və Mark Zukerberq kimi şəxslər iştirak ediblər.

Əliyar Xəlil
Globalinfo.az