Amerikalı milyarder və “Microsoft”un qurucusu Bill Qeyts İsveç hökumətini hərbi xərcləri artırdığı və humanitar təşəbbüslərə maliyyəni azaltdığı üçün tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qeyts “Dagens Industri” nəşrinə müsahibəsində danışıb.
O bildirib ki, Stokholmun yeni büdcəsində QİÇS, vərəm və malyariya ilə mübarizə aparan Qlobal Fond üçün vəsait nəzərdə tutulmayıb.
“Belə prioritetlər narahatlıq doğurur. İnsanlar doğrudanmı bunu istəyir?”, – deyə Qeyts bildirib.
Bill Qeytsin sözlərinə görə, cəmiyyət bu cür hökumət qərarlarını daha fəal şəkildə müzakirə etməlidir. Çünki bu addımlar qlobal humanitar səylərə ciddi təsir göstərə bilər.
Əliyar Xəlil
Globalinfo.az