Biləsuvarda ağır qəza: yaralananlar var – SİYAHI

Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir.

Qəza zamanı 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci ildə anadan olmuş Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci ildə anadan olmuş Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıb.