1

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 avtomobilin qəzaya uğraması nəticəsində nəqliyyat vasitələrindən birinin – “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qeyd edək ki, “VAZ-2107” markalı avtomobil qəzadan sonra yanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: