fe6b77d0c5f5b82d3621501b4aaa074f

Biləsuvarda qətl hadisəsi baş verib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, Soltanov Oktay Balaqardaş oğlu övladı tərəfindən yaşadıqları mənzildə bıçaqlanıb. O, zərbənin təsirindən hadisə yerində ölüb.

Atasını öldürən oğul 16 yaşlı məktəblidir.

İlkin ehtimala görə, hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

Paylaş: