Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürüldü

4f4cc8bf 6a42 3fcb b3b7 5c9ed0defdee 850

Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Globalinfo.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirləri davam etdirirlər.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.