Biləcəridə sexdə yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd olunub ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.