yanginsondurən2

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsinin ilkin səbəbi kimi otluq sahənin alışması göstərilir. 

Globalinfo.az Baku TV-yə istinadən xəbər verir ki, yanğın ətrafdakı evlərə sirayət etməyib.

Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) beş yanğınsöndürmə maşını , “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus bir yanğınsöndürmə qatarı və 20 nəfərdən artıq şəxsi heyət cəlb olunub.

FHN-in əməkdaşının sözlərinə görə, yanğın barədə məlumat saat 16:36-da daxil olub, saat 16:55-də yanğınsöndürmə maşını və şəxsi heyət əraziyə çatıb:

“Yanğın 20 dəqiqə ərzində tam nəzarətə götürülərək məhdudlaşdırılıb. Yanğın saat 18:07-də tam söndürülüb. Xəsarət alan olmayıb”.

***18:39

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumat verilib.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə müddətində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.

***17:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Görüntülər Qafqazinfo-ya məxsusdur.

Paylaş: