Bild: “Aleksey Navalnı azadlığa çıxmaq üzrə idi”

Rusiya, Almaniya və ABŞ Navalnının rus agenti ilə dəyişdirilməsini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, Aleksey Navalnının ölümündən əvvəl dəyişdirilə biləcəyi ilə bağlı ehtimal mövcud olub:

“Belə danışıqlar əslində baş tutub. Danışıqlarda Moskva, Vaşinqton və Berlin iştirak edib. Vladimir Putin Almaniyada həbsdə olan rus agenti Vadim Krasikovu geri almaq istəyib. Bunun müqabilində Putinin Navalnını azad edəcəyi müzakirə olunub. Yəni Aleksey Navalnı azadlığa çıxmaq üzrə idi”.

Əliyar Xəlil
Globalinfo.az