WhatsApp Image 2023 10 08 at 03.29.10

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi Quba, Masallı, Şamaxı rayonlarında “İctimai İştirakçılıq haqqında qanunvericilik və onun tətbiqi” ilə bağlı tədbirlər keçirəcək. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Globalinfo.az xəbər verir ki, 3 ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi yerlərdə vətəndaşlara qanunvericiliyin bu istiqaməti haqqında ətraflı bilgi vermək, tədbirlərin sonunda ictimai iştirakçılıqla bağlı yeni təkliflər paketi hazırlamaqdır. Layihə rəhbəri Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlının sözlərinə görə, qanunların populyarlaşdırılmasının ən vacib məqamlarından biri bölgələrdə maarifləndirmə işlərinin aparılmasıdır:

“Praktika göstərir ki, qanunların qəbulu ilə iş bitmir, onların işləmə mexanizminin yaradılması, zamanın tələbinə uyğun təkmilləşdirilməsi üçün ölkə məlumatlandırma, təbliğat işləri aparılmalıdır. Özəlliklər toplumun geniş hissəsinə aid olan qanunlardan söhbət gedirsə. İctimai iştirakçılıq da bu sahələrdəndir və biz vətəndaş cəmiyyətinin sağlam, möhkəm olmasını istəyiriksə, regionlarda fəaliyyəti gücləndirməliyik”.

S.Bənənyarlı bildirib ki, tədbirlər iki hissəli nəzərdə tutulub. Birinci hissədə təlimçilər qanun haqqında iştirakçılara geniş bilgi verəcək, ikinci hissə isə dialoq formatında davam edəcək. Keçirilən təbdirlərin sonucu olaraq qanunun işləmə mexanizmi ilə bağlı təkliflər paketi hazırlanaraq rəsmi qurumlara təqdim ediləcək.

Paylaş: