“Amazon”un qurucusu, milyarder Ceff Bezos şirkətin təxminən 12 milyon dollarlıq səhmini satıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, Bezos səhmləri təxminən 2 milyard dollara satıb.

Qeyd edək ki, Bezosun şirkətin 50 milyona yaxın səhmini satacağı haqda öncədən məlumat verilmişdi.

Məlumat üçün bildirək ki, 2021-ci ildə icraçı direktor vəzifəsini yerinə yetirmək üçün şirkətin baş direktoru vəzifəsindən istefa verən Bezos “Amazon”u 1994-cü ildə qurub.

“Bloomberg”in Milyarderlər İndeksinə görə o, 200 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən zəngin adamıdır.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: