Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Mayın 30-da dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.