Ötən gün ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a bildirilib.
Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.